Fələstinli uşağın verdiyi cəsarətli açıqlama dəhşətə gətirdi - Video

13:23 - 23 Oktyabr 2023

Fələstinli uşağın verdiyi cəsarətli açıqlama dəhşətə gətirdi - Video

17 gündür davam edən İsrail və Fələstin arasında müharibədə fələstinli uşağın jurnalistə verdiyi müsahibə bütün dünyada gündəm olub.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, sosial şəbəkələrdə yayılan videoda fələstinli uşaq jurnalistin “İsrail qüvvələrinin Qəzzada quru əməliyyatına başlayacağı deyilir, siz nə düşünürsünüz? sualına “Şəhid olacağıq? Bizdən sonra başqaları gələcək”, - deyə cavab verib.

“Bu normaldır. Qoy içəri girsinlər. Şəhid olacağıq? Bizdən sonra başqaları gələcək. Onlara qarşı mübarizə aparacağıq. Binaları dağıtdılar, dünyanı alt-üst etdilər. Uşaqlar, cavanlar şəhid oldu... Eybi yox. Bunların hamısı torpaqlarımıza qurban olsun”.

Qeyd edək ki, Qəzzada olan Fələstin Səhiyyə Nazirliyi, İsrailin Qəzzaya təşkil etdiyi hücumlarda 1873-ü uşaq, 1023-ü qadın olmaqla 4 min 651 nəfərin öldüyünü, 14 min 245 nəfərin isə yaralandığını açıqlayıb.

Əfsanə

Manşet.az


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az