Çin mediası administrasiyanın İsraillə HƏMAS arasında münaqişələrin genişlənməsindən və regional müharibəyə çevrilməsindən narahat olduğunu yazıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Çinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Zhai Jun Qəzzada vəziyyətin “son dərəcə təhlükəli” olduğunu və genişmiqyaslı quru hücumu ehtimalının “həyəcanverici” perspektivlə artdığını bildirib.
Zhai Jun Çinin humanitar böhranın aradan qaldırılmasına kömək etmək üçün BMT və ikitərəfli kanallar vasitəsilə fələstinlilərə təcili humanitar yardım göstərib və göstərməyə davam edəcəyini qeyd edib.
Zhai, həmçinin, Çinin iki dövlət həllini təşviq etməklə yanaşı, dialoqu inkişaf etdirmək, atəşkəs yaratmaq və sülhü bərpa etmək üçün "mümkün olan hər şeyi" etməyə hazır olduğunu bildirib.
Əfsanə
Manşet.az