HƏMAS-ın yeraltı inşa etdiyi tunel bu şəkildə üzə çıxdı - Motosikletlə kilometrlərlə yol qət etdi

11:47 - 23 Oktyabr 2023

HƏMAS-ın yeraltı inşa etdiyi tunel bu şəkildə üzə çıxdı - Motosikletlə kilometrlərlə yol qət etdi

HƏMAS-ın Qəzza zolağının altından qazaraq inşa etdiyi tunellərdən birinin görüntüləri ortaya çıxıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, internetdə yayılan videoda HƏMAS üzvlərindən birinin idarə etdiyi motosikletin kilometrlərlə uzunluğundakı tuneldə sürətlə hərəkət etdiyi anlar əks olunub.

İsrailin Qəzza zolağına qarşı quru əməliyyatını dayandırmasının səbəbi kimi Qəzzanın altında Həmas tərəfindən inşa edilən yeraltı tunellər olduğu bildirilib.

HƏMAS-ın silahlı qanadı olan Qəssam Briqadaları üzvünün motosikletlə tuneldə tam sürətlə hərəkət etməsinin videosu bəlkə də ilk dəfə olaraq kilometrlərlə uzunluğundakı tuneli bu şəkildə üzə çıxarıb.

Qeyd edək ki, HƏMAS-ın oktyabrın 7-də səhər saatlarında başlatdığı Əl-Əqsa tufanı əməliyyatına cavab verən İsrail 17 gündür Qəzzaya bomba ardınca bomba yağdırır.

Əfsanə

Manşet.az


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv