Türkiyənin "TV 8" kanalının rəhbəri, prodüser-aparıcı Acun İlıcalı Bakıya gəlib.
Maset.az Teleqraf.com-a istinadla xəbər verir ki, Acun Ilıcalının Bakı Konqres Mərkəzində "İnnovativ inkişaf və fürsətlər" seminarı baş tutub.
Acun İlıcalı seminardan öncə jurnalistlərə açıqlama verib. O, Azərbaycanla bağlı layihə həyata keçirəcəyini vurğulayıb:
"Bakıda şou proqram təşkil etmək çox istərdim. “Survivor”un yarımfinalını Azərbaycanda təşkil edə bilərik. Bu sevginin fərqindəyəm. Burada çox gözəl insanlar var".
Acun İlıcalı onu da deyib ki, Azərbaycanla qan bağlılığı var: "Atamın anası azərbaycanlı olub. Kiçik yaşlarımdan Azərbaycanı sevirəm".
Qeyd edək ki, Acun İlıcalı Fəxri xiyabanda ümummilli lider Heydər Əliyev və akademik Zərifə Əliyevanın məzarlarını ziyarət edib.