<

"Mançester Siti" 1-ci pilləyə yüksəldi

22:08 - 21 Oktyabr 2023

"Mançester Siti" İngiltərə Premyer Liqasında 9-cu tur oyununa çıxıb.

 

Manset.az xəbər verir ki, komanda "Brayton"u qəbul edib. Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

"Mançester Siti" - "Brayton" - 2:1
Qollar:
 Alvares, 7 (1:0), Haaland, 19 (2:0), Fati, 73 (2:1)
Qırmızı vərəqə: Akanci, 90+5 ("Mançester Siti")

Bu qələbə ilə xalını 21-ə çatdıran (9 oyun) Pep Qvardiolanın baş məşqçisi olduğu komanda turnir cədvəlində liderliyə yüksəlib. "Liverpul" 20 xalla (9 oyun) 2-cidir.  19 xalla (8 oyun) 3-cü pilləyə düşən "Tottenhem" oktyabrın 23-ü keçiriləcək "Fulhem"ə qarşı matçda qalib gəlsə, yenidən liderliyi bərpa edəcək.

 


Xəbər xətti

3 Dekabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin