<

Ərdoğan NATO baş katibi ilə Qəzzanı müzakirə etdi

18:40 - 21 Oktyabr 2023

Ərdoğan NATO baş katibi ilə Qəzzanı müzakirə etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla NATO-nun baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub.

 

Manset.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, liderlər qarşılıqlı maraq doğuran məsələlər barədə danışıblar. Onlar, həmçinin, Yaxın Şərqdəki vəziyyəti, o cümlədən, İsraillə Fələstin arasındakı hərbi toqquşmanı müzakirə ediblər.

Qeyd olunub ki, Türkiyə regionda sabitliyin əldə olunması üçün bütün səyləri göstərməyə hazırdır.


Xəbər xətti

28 Noyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin