Firuz Səxavətə vəzifə verildi

15:42 - 21 Oktyabr 2023

Firuz Səxavətə vəzifə verildi

Əməkdar artist Firuz Səxavətə vəzifə verilib.

 

Manset.az Axşam.az-a istinadən xəbər verir ki, bu haqda sənətçi qonaq olduğu “Xəzər axşamı” verilişində deyib. F.Səxavət bildirib ki, o, Ağdam musiqi kollecinin direktoru vəzifəsinə təyin olunduğu üçün Ağdam şəhərinə köçüb:

“Artıq üç aydır ki, oradayam. Məni bundan sonra yalnız şənbə və bazar günləri efirdə görə bilərsiniz. Amma digər qalan günlərdə təyinat və işimlə bağl Ağdamda oluram. Biz həqiqətən də gözəl günlər yaşayırıq. Azərbaycanımızın bütövlüyünü yaşayırıq. Allah xalqımızın başına birdə qara buludları gətirməsin.

Hazırda kollecimizin 400 tələbəsi var. İnanıram ki, tələbələrimizin sayı getdikcə çoxalacaq. Ağdamda musiqimiz canlanacaq. Ora bizim savadlı və gözəl mütəxəssislərimizi dəvət edəcəyik. Gələcəklə bağlı çox sayda planlarımız var”.  


Xəbər xətti

19 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin