<

“Qəzzada hərbi əməliyyatlar dayandırılmalıdır” - Şahzadə Salman

16:36 - 20 Oktyabr 2023

“Qəzzada hərbi əməliyyatlar dayandırılmalıdır” - Şahzadə Salman

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman İsrailin blokada altındakı Qəzza zolağına hücumları dayandırılmalı olduğunu bildirib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, şahzadə Salman bunu Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) və Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) paytaxt Ər-Riyadda keçirilən birgə sammitində açılış nitqini səsləndirərkən söyləyib.  

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi çıxışında Qəzzadakı vəziyyətə toxunaraq hər hansı bir şəkildə və hər hansı səbəbdən mülki əhalinin hədəf alınmasını rədd etdiyini bildirib:

"Bu gün Qəzzada şahidi olduğumuz və bunun əvəzini günahsız mülki şəxslərin ödədiyi şiddətin artması bizi kədərləndirdi. Qəzzada hərbi əməliyyatlar dayandırılmalı və Fələstin dövlətinin qurulmasına zəmanət verəcək daimi sülhə nail olmaq üçün lazımi şərait yaradılmalıdır".  

Əfsanə

Manşet.az


Xəbər xətti

28 Noyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin