Hollandiya Xarici İşlər Nazirliyi öz vətəndaşlarına Livana səfər etməmək barədə xəbərdarlıq edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu barədə Hollandiya Xarici İşlər Nazirliyinin fövqəladə hallar və səyahət xəbərdarlığı üçün istifadə etdiyi X sosial media hesabında paylaşım edilib.
Açıqlamada Livana səyahət etməməklə bağlı çağırışla yanaşı, Hollandiya vətəndaşlarına ticari uçuşlar davam edərkən bu ölkəni mümkün qədər tez tərk etmələri tövsiyə edilib.
Bəyanatda, həmçinin, Livanı tərk etməməyi seçən Hollandiya vətəndaşlarından Beyrutdakı səfirliklə əlaqə saxlamaları və fövqəladə hallara hazır olmaları istənilib.
Hizbullah ilə İsrail ordusu arasında oktyabrın 8-də başlayan qarşıdurmalarda indiyədək 12 Hizbullah üzvü və 2 İsrail əsgəri həyatını itirib. Sərhəddə baş verən qarşıdurmalarda Livanda biri jurnalist olmaqla 3 mülki şəxs, İsraildə isə 1 nəfər həlak olub.
Əfsanə
Manşet.az