"Fransa planetimizdə beynəlxalq hüquq və insan haqları sahəsində dərs verəcək son ölkədir".
Manset.az xəbər verir ki, bunu ƏIcəzairin Ali təhsil ve elmi tədqiqatlar nazirinin müşaviri Youcef Houri Bakıda "Neokolonializm: İnsan hüquqlarının pozulması və ədalətsizlik” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.
O xatırladıb ki, Fransa əlcəzairlilərə qarşı müxtəlif vaxtlarda soyqırımı törədib: "1830, 1852-ci illərdə bu soyqırımılar həyata keçirilib. Birincidə Əlfiyədə bütün insanları- uşaqları, yaşlıları-bir sözlə, hər kəsi həyatlarından məhrum etdilər. İkinci soyqırımı Əlcəzairin cənubunda 1852-ci ildə törədildi. Həmin vaxt 3500 əhalisi olan ərazidə 2500 nəfər qətlə yetirildi. Fransa 1945-ci ildə 45 min əlcəzairlinin həyatına son qoydu, 1952-ci il mayın 12-də isə 230 nəfəri Konstantin şəhərində qətlə yetirib. 1961-də Parisdə 300 nəfər əlcəzairli öldürülüb. Fransa ağır silahlardan istifadə edərək bir xalqı soyqırımına məruz qoyub. İndi isə insan hüquqları ilə bağlı dərs verməyə çalışır".