İsraildən mətbuata senzura: Məşhur televiziya kanalını bağlayacaqlar

15:50 - 20 Oktyabr 2023

İsraildən mətbuata senzura: Məşhur televiziya kanalını bağlayacaqlar

İsrail hökuməti Qəzzaya hücumları yaxından izləyən Əl-Cəzirə televiziyasının İsraildəki ofisinin bağlanmasına icazə verən qərarı təsdiqləyib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, İsrail “dövlət təhlükəsizliyinə təhdid yaradan” televiziya kanallarının bağlanmasına icazə verən qaydaları təsdiqləyib.

Qərara uyğun olaraq İsraildəki Əl-Cəzirə ofislərinin bağlanmasının və avadanlıqlarının müsadirə edilməsinin mümkün olduğu bildirilib.

Bildirilib ki, İsrail rəsmiləri Əl-Cəzirə telekanalının yayımlarının İsrail əsgərləri və vətəndaşları üçün təhlükə yaratdığını müdafiə edib.  

İsrail hökumətinin qərarı ilə bağlı Əl-Cəzirə televiziyasından heç bir açıqlama verilməyib.

Qətər mərkəzli Əl-Cəzirə telekanalının İsraildəki ofislərinin bağlanmasına İsrail Xarici Kəşfiyyat Təşkilatı Mossad, İsrailin rabitə naziri Şlomo Karhi, müdafiə naziri Yoav Qalant və Xarici İşlər Nazirliyi tərəfindən dəstək verildiyi açıqlanıb.

Əfsanə

Manşet.az

 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv