İsrailin hücumları futbol dünyasını vurdu - Komanda turniri tərk etdi

15:23 - 20 Oktyabr 2023

İsrailin hücumları futbol dünyasını vurdu - Komanda turniri tərk etdi

UEFA İcraiyyə Komitəsi İsraildəki mövcud təhlükəsizlik vəziyyətini hərtərəfli qiymətləndirdikdən sonra növbəti bildirişə qədər İsraildə heç bir UEFA matçının keçirilməyəcəyinə qərar verib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu vəziyyətdən sonra Maccabi Hayfa Gənclər Komandası UEFA Gənclər Liqasından çıxmaq qərarına gəlib.

UEFA İcraiyyə Komitəsi növbəti bildirişə qədər İsraildə heç bir UEFA matçının keçirilməyəcəyini açıqlayıb.

İsrailin "Makkabi Haifa" və "Makkabi Tel-Aviv" klublarından da ev oyunları üçün öz ərazilərindən kənarda UEFA-nın bütün müvafiq qaydalarına uyğun stadionlar təklif etmələri xahiş olunub.

Bundan əlavə, UEFA Avropa Liqasının F qrupunda oktyabrın 26-da cümə axşamı keçirilməsi planlaşdırılan Villarreal – “Makkabi Hayfa” oyunu dekabrın 6-na, çərşənbə günü,  UEFA Avropa Konfrans Liqası B Qrupunda daha öncə 26 Oktyabr Cümə axşamı günü oynanacağı açıqlanan “Makkabi Tel-Əviv” – “Zorya Luqansk” matçı isə 25 Oktyabr tarixinə təxirə salınacaq.

Əfsanə

Manşet.az


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv