Fələstin bayrağı qadağasında qarpız həlli: İsrail sosial mediaya da təzyiq etdi

15:01 - 20 Oktyabr 2023

Fələstin bayrağı qadağasında qarpız həlli: İsrail sosial mediaya da təzyiq etdi

Dünyanın bir çox yerində İsrailin dinc əhalinin qətliamına səssiz qala bilməyən qruplar sosial mediada maraqlı üsullarla reaksiyalarını göstərməyə çalışırlar.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, fələstinlilər 1967-ci ildə polisin bayrağı daşıyanları saxladığı vaxtdan bəri həll üsulu olaraq “qarpız”dan istifadə edirdilər. 

Hazırda İsraildə Fələstin bayrağının daşınmasına mane olan qanuni tənzimləmə olmasa da, polis Fələstin bayrağını daşıyanları sülhü pozduqları səbəbi ilə saxlayır.

Fələstinlilər həm sosial mediada, həm də küçələrdə bu maneəni aşmaq üçün qarpız təsvirindən istifadə edir.

İnformasiya Texnologiyaları Mütəxəssisi Emre Özcan, “Qarpız emojisi ilə edilən bütün yazıların görünürlüğünü azaldırlar. Hətta bu hesabların dayandırıldığını görə bilərik”, - deyib.

Əfsanə

Manşet.az


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv