"Bakıda parklanma və tıxac problemi yaşanır. "AzPaking" xidmətinin istifadəyə verilməsi müsbət haldır, lakin bu xidmət vətəndaşları qəbul etmir”.
Manset.az xəbər verir ki, bu fikirləri deputat Naqif Həmzəyev Milli Məclisin bu gün keçirilən iclasında deyib.
Deputat qeyd edib ki, əvvəllər sürücülərin parklanmaya 1-2 manat xərci çıxırdısa, indi bu məbləğ 8-10 manatdır:
"Düşünürəm ki, maşınını uzunmüddətli saxlayanlar üçün güzəşt olmalıdır. Vətəndaşlar pul verməmək üçün bəzən binaların həyətlərində saxlayır, bu da böyük problemə səbəb olur".