ABŞ nümayəndəsi Qəzzaya humanitar yardım ilə bağlı qanun layihəsinə veto qoydu

11:40 - 20 Oktyabr 2023

ABŞ nümayəndəsi Qəzzaya humanitar yardım ilə bağlı qanun layihəsinə veto qoydu

ABŞ Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının Qəzzaya humanitar yardım göstərmək üçün hərbi əməliyyatların dayandırılmasını tələb edən qətnaməsinə veto qoyan yeganə ölkə olub.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə sülh əleyhinə veto üçün əl qaldıran ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfildin həmin anları bütün dünyada gündəm olub.  

Beləki, İsrail-Fələstin münaqişəsi ilə bağlı Braziliyanın təqdim etdiyi qətnamə layihəsində Qəzzaya humanitar yardımın çatdırılması üçün döyüşlərə “fasilə” verilməsi irəli sürülüb. 

Qanun layihəsinə 12 “hə”, 2 “bitərəf” və 1 “xeyr” səsi verilib.

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild ölkəsinin veto qərarını belə izah edib: “Qətnamə layihəsində İsrailin özünümüdafiə haqqının qeyd olunmaması ABŞ-ı məyus edib”.

Əfsanə

Manşet.az

 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az