ABŞ prezidenti Co Bayden milli təhlükəsizlik maraqları çərçivəsində İsrail və Ukraynaya dəstək olmaq üçün Konqresdən təcili büdcə tələb edəcəyini bildirib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə Bayden İsrailin hərbi üstünlüyünün bu şəkildə artacağını qeyd edib.
ABŞ prezidenti bölgədəki digər düşmən güclərin İsrailin hər zamankindən daha güclü olduğunu görmələrini təmin edərək münaqişənin yayılmasının qarşısını alacağıq deyib.
HƏMAS hücumunda 32 ABŞ vətəndaşının həyatını itirdiyini söyləyən Bayden "Sülhdən vaz keçə bilmərik, iki dövlətli həlldən imtina edə bilmərik" ifadələrini işlədib.
ABŞ prezidenti ölkəsinin Fələstin xalqına sadiq qaldığını və Qəzzada xəstəxanada baş verən partlayışa görə dərin kədər hissi keçirdiyini bildirib. Fələstinliləri canlı qalxan kimi istifadə edən Həmas-ı tənqid edən Bayden Həmas-ın fələstinliləri təmsil etmədiyinə diqqət çəkib.
Həmçinin, Ukraynanın Rusiya qüvvələrini ölkələrindən çıxarmaq üçün köməyə ehtiyacı olduğunu xatırladıb.
Rusiya lideri Putini tənqid edən Bayden "Həmas və Putin fərqli təhdidlər yaratsalar da, ortaq cəhətləri var. Hər ikisi demokratik qonşularını məhv etmək istəyir" deyib.
Əfsanə
Manşet.az