Türkiyəli məşhur aktrisa Meryem Üzərli qızları ilə getdiyi Nyu Yorkda kameralar qarşısına keçib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, heç vaxt plastik əməliyyat etdirmədiyini deyən 40 yaşlı aktrisanın üzündəki şişlik diqqətdən qaçmayıb.
Meryem Üzərli 7,5 milyon izləyicisi olan İnstaqram hesabında Nyu-York küçələrində verdiyi pozaları yayımladıqdan sonra onun hazırkı görünüşü izləyiciləri tərəfindən tənqid edilib.
Üzərliyə “Sənin köhnə halın daha yaxşı idi” şərhləri edilib.
Əfsanə
Manşet.az