İraqın paytaxtı Bağdadda ABŞ-ın keçmiş prezidenti Corc Buşa ayaqqabı atması ilə tanınan iraqlı jurnalist Muntazar əl-Zaidi hazırki ABŞ prezidenti Co Baydenə eyni şeyi edə bilən şəxsə “hədiyyə verəcəyini” deyib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə buna səbəb Baydenin Təl-Əvivə gedərək İsrailə dəstəyini açıqlaması olub.
ABŞ prezidenti İsraildə səfərdə olarkən Qəzzada xəstəxana qətliamı ilə “Görünür, qarşı tərəf bunu edib" demişdi.
Bundan sonra bir sosial media X istifadəçisi Baydenin “Mən İsrailə tək bir mesajla gəldim. Tək deyilsən” mesajı iraqlı jurnalist Zeydinin Buşa ayaqqabı atan fotosu ilə birləşdirilərək “Ayaqqabılı adam haradadır?” sualını verərək paylaşıb.
Sosial mediada istifadəçiyə cavab verən Zeydi Baydenə ayaqqabı atan jurnalistə hədiyyə verəcəyini bildirib.
Həmçinin, jurnalist əvvəlki açıqlamasında 2008-ci ildə Buşa atdığı ayaqqabının taleyi ilə bağlı “Mənim Buşa atdığım ayaqqabı simvola çevrilməsin deyə zaldakı ABŞ əsgərləri tərəfindən dərhal parçalanmışdı”, demişdi.
Əfsanə
Manşet.az