Sabah bu ərazidə qaz olmayacaq - XƏBƏRDARLIQ
27 Noyabr 2024
18:09 - 27 Sentyabr 2021
Mərkəzi Gömrük Hospitalında müalicə alan Səyyad Əlizadə hələ də "ECMO" qoşulu vəziyyətdədir.
Manşet.az xəbər verir ki, bu barədə modern.az-a onun kürəkəni Razim Qasımov məlumat verib.
O bildirib ki, hələlik müğənninin səhhətində ciddi irəliləyiş yoxdur:
"Komadadır, vəziyyəti ağır, stabil olaraq qalır. Həkimlər əlindən gələni edir, amma ciddi irəliləyiş yoxdur".
Qeyd edək ki, müğənni Səyyad Əlizadə və həyat yoldaşı Kəmalə Əlizadə bir müddət əvvəl koronavirusa yoluxublar. Hər ikisi Zığda yerləşən modul tipli xəstəxanaya yerləşdiriliblər. S.Əlizadə xəstəxanaya yerləşdirildiyi gündən komadadır. Onun vəziyyəti ağır olduğu üçün yaxınları Mərkəzi Gömrük Hospitalına köçürülməsini istəyiblər. Həyat yoldaşı sağalaraq, evə yazılıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin