Bəzi fermerlərə əlavə subsidiyalar veriləcək
16 Noyabr 2024
15:54 - 27 Sentyabr 2021
Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi (DYP) İdarəsi sürücülərə müraciət edib.
İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli Manset.az-a bildirib ki, hazırda vətəndaşların II Şəhidlər xiyabanına axını davam edir.
“Polis əməkdaşları həmin ərazilərdə yolları tənzimləyir. Lakin buna baxmayaraq sıxlıq çoxdur. Xahiş edirik ki, şəxsi nəqliyyat vasitələrindən istifadə edən şəxslər bu istiqamətlərdə mümkün qədər hərəkəti məhdudlaşdırsınlar və istiqaməti dəyişsinlər. II Şəhidlər xiyabanını ziyarət etmək istəyən şəxslər həmin əraziyə yaxın yerlərdə nəqliyyat vasitələrini saxlamaqla piyada hərəkət etsinlər” - o vurğulayıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin