Elnur Əşrəfoğlunun vəziyyətində dəyişiklik yoxdur

12:26 - 27 Sentyabr 2021

Elnur Əşrəfoğlunun vəziyyətində dəyişiklik yoxdur

Koronavirusa yoluxan tanınmış jurnalist, Azərbaycan Cüdo Federasiyasının baş katibinin müavini Elnur Əşrəfoğlunun son durumu açıqlanıb.

Müalicə aldığı "Yeni Klinika"dan Manset.az-a bildirilib ki, jurnalistin vəziyyətində dəyişiklik yoxdur.

"Tanınmış jurnalist Elnur Əşrəfoğlunun ECMO dəstəyi davam edir", - xəstəxanadan bildirilib.

Qeyd edək ki, Elnur Əşrəfoğlu sentyabrın əvvəllərində koronavirusa yoluxub. Əvvəlcə ev şəraitində müalicə alan jurnalist daha sonra "Yeni Klinika"ya köçürülüb.


Xəbər xətti

16 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin