Fransa COP29-a niyə qatılmadı? - Hikmət Hacıyev açıqladı
16 Noyabr 2024
21:34 - 26 Sentyabr 2021
Sabah Vətən müharibəsi şəhidlərinin anım günü ilə bağlı bir sıra restoranlar fəaliyyətini dayandırır.
Manset.az-ın əldə etdiyi məlumata görə, "Neolit", "Günaydın", "Niaqara" restoranlar fəaliyyətini dayandırır. Bu barədə saytımıza açıqlamasında adıçəkilən restoranların inzibatçıları bildirib.
"Niqara" restoranının administratoru Emin Hüseynov: " Sabah şəhidlərimizin anım günü ilə bağlı fəaliyyətimizi tamam dayandırırıq. Düşünürük ki, hər kəs bu addımı atmalıdır."
"Neolit" restoranının administratoru Emin Əliyev: " Sabah biz fəaliyyətimizi dayandırırıq. Allah şəhidlərimizi rəhmət eləsin!"
"Günaydın" restoranının inzibatçısı Ərdal bəy: " Genel müdiri gözləyirik, toplantı keçirib, qərar verəcəyik. Böyük ehtimal dayandırırıq. Bu addımı birinci biz atmalıyıq.
Göy-Göl restoranının inzibatçısı Zahid Süleymanov: " Şəhidlərin ruhuna ehtiram olaraq, vətən sağ olsun deyərək, sabah restoranımızın fəaliyyətini dayandırırıq"
Bununla yanaşı bəzi restoranlar sabah fəaliyyət göstərəcək. Bunlar "Su səsi", "Özsüt", "Xaçapuri-garden" restoranlarıdır.
"Özsüt" restoranının administratorunun açıqlaması isə təəssüf doğurur. İnzibatçı Kənan: " Sabah nə günüdür ki? Nəyə görə dayanmalıyıq, mənə bu barədə göstəriş veriməyib"
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin