Bakıda ağac evin üzərinə aşdı - VİDEO

19:06 - 13 Oktyabr 2023

Bakıda ağac evin üzərinə aşdı - VİDEO

Bakıda qurumuş ağac evin üzərinə aşıb, ciddi ziyan dəyib.

 

Manset.az  Xəzər TV-yə istinadən bildirir ki, hadisə Şüvəlan qəsəbəsində "Gənc Kosmonavt" düşərgəsi adlanan ərazi baş verib.

Hadisə zamanı Zaur Yusifzadəyə məxsus mənzilin hamam hissəsi sıradan çıxıb.

Sakinlərin iddiasına görə, ərazidə təxminən 40-a yaxın qəzalı vəziyyətdə olan ağac var. Onlar deyirlər ki, qurumuş ağcların kəsilməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən rəy verilib. Amma ağaclar olduğu kimi yerində qalıb.

"Xəzər Xəbər"in çəkilişindən sonra təhlükəli vəziyyətin yarandığı əraziyə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları gəliblər və qurumuş ağacların kəsilməsinə başlanılıb. Bildirilib ki, qəzalı vəziyyətdə olan digər ağaclar da kəsilərək ərazidən daşınacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Xəbər xətti

18 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin