Türkiyədə hərbi bazaya hücum oldu - Ölən və yaralanan var

10:22 - 10 İyun 2021

Türkiyədə hərbi bazaya hücum oldu - Ölən və yaralanan var

Türkiyənin Siirt şəhərinin Pervari rayonunda PKK terror qruplaşmasının hərbi hissəyə uzun çaplı silahlarla atəş açması nəticəsində bir kənd qoruyucusu həlak olub, biri isə yaralanıb.

Manşet.az “TRTHaber”ə istinadən xəbər verir ki, bu barədə Siirt valiliyi məlumat yayıb.

Hadisə Pervari rayon Jandamr Komandanlığının nəzarəti altında olan Doğan kəndində yerləşən Dəyirmandaş hərbi bazasında baş verib.

Bölgədə terrorçulara qarşı əməliyyat davam edir.


Xəbər xətti

23 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin