Sabirabadda ağır qəza: Xəsarət alanlar var

22:21 - 11 Oktyabr 2023

Sabirabadda ağır qəza: Xəsarət alanlar var

Sabirabadda avtomobil maneəyə çırpılıb, xəsarət alanlar var.

 

Manset.az  report-a istinadən xəbər verir ki, hadisə rayonun Xəlifəli kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “VAZ-2106” markaı avtomobil qəfil idarəetmədən çıxaraq yolun kənarındakı maneəyə çırpılıb.

Qəza nəticəsində rayonun Xəlifəli kənd sakini, 2005-ci il təvəllüdlü Nurullazadə Şıxəli Tapdıq oğlu ağır və daha bir nəfər isə yüngül xəsarət alıb.

Ş.Nurullazadəyə əvvəlcə Sabirabad Rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım göstərilib, sonra o, Bakıya göndərilib.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

18 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin