2 mərtəbəli evdə yanğın oldu

18:37 - 11 Oktyabr 2023

2 mərtəbəli evdə yanğın oldu

Şəmkir rayonunun Kür qəsəbəsində yanğın olub.

 

FHN-dən Manset.az-a verilən xəbərə görə, ümumi sahəsi 55 m² olan köməkçi tikilinin yanar konstruksiyaları 25 m² sahədə, bitişik sahəsi 50 m² olan talvarın taxta atmaları və ümumi sahəsi 280 m² (hər mərtəbəsi 140 m²) olan ikimərtəbəli 8 otaqlı evin 3 ədəd taxtadan ibarət pəncərə çərçivəsi yanıb. Yüksək temperaturdan evin 2 ədəd qapısı və 1 ədəd pəncərə çərçivəsi qarsalanıb. Evin, köməkçi tikilinin qalan hissəsi və yaxınlıqdakı avtomobil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Xəbər xətti

18 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin