Hava kəskin dəyişir: Qar yağacaq - XƏBƏRDARLIQ
23 Noyabr 2024
11:47 - 6 Oktyabr 2023
Azərbaycan dünyada multikulturalizmi dövlət siyasətinə çevirmiş azsaylı dövlətlərdən biridir. Azərbaycanda multikulturalizm siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Hazırda isə prezident İlham Əliyev ölkədəki etnik-mədəni müxtəlifliklərin tənzimlənməsində multikulturalizm siyasətinə yüksək əhəmiyyət verir. Multikultural həyatı özünün yaşam tərzinə çevirmiş Azərbaycanda tolerant dəyərlər yaşamaqda və inkişaf etməkdədir. Ölkəmizdə milli-dini müxtəliflik insanlar arasında fərq yaradan amil kimi deyil, birləşdirici funksiya daşıyır. Bu gün Azərbaycanda bütün dinlərə məxsus tarixi-dini, eləcə də, mədəni abidələrə qayğı və diqqətlə yanaşılır. Ölkəmizdə dini tolerantlıq, birgəyaşayış, xalqlar və mədəniyyətlərarası dialoqların formalaşdırılması istiqamətində uzun illərdir davamlı işlər görülür.
Mövzu ilə bağlı Milli Məclisin Deputatı İltizam Yusifov Manset.az-a açıqlamasında bildirib ki, Azərbaycan multikural, çoxkonfessiyalı ölkə olaraq müxtəlif xalqların, o cümlədən, azlıqların birgə yaşama modelini artıq dünyaya çoxdan təqdim edib.
İltizam Yusifov qeyd edib ki, Azərbaycanda hamı özünü azərbaycanlı kimi hiss edir və vətəndaş olmağa, azərbaycanlı olmağa kiminsə milli kimliyi, dini mənsubiyyəti mane olmur:
“Azərbaycan tolerant, multukultural və çoxkonfessiyalı bir cəmiyyətdir. Bu, bizim dövlət siyasətimizin də əsas aspektlərindən biridir. Ümumiyyətlə, Qafqaz və Yaxın Şərq regionu çoxlu sayda milli və dini baxımdan fərqli xalqların yaşadığı bir arealdır. Müasir dövrdə müxtəlif xalqların bir dövlət içərisində, qarşılıqlı hörmət əsasında birgə yaşaması vacib bir amildir. Sözsüz ki, burada həmin dövlətin siyasi quruluşu, vətəndaşlarının hüquqları, bərabərliyi, azadlığı, cəmiyyətin savadlılıq dərəcəsi və müasirlik müxtəlif xalqların birgə yaşamasını şərtləndirən əsas amillərdəndir. Tolerantlıq, hərfi mənada dözümlülük, qarşılıqlı hörmət deməkdir. Bunun da kökündə bizim millətə xas qonaqpərvərlik, sülhsevərlik, özünə hörmət, başqasına hörmət, kişilik və s. kimi komponentlər dayanır. Bu bizim milli dəyərlərimizdən qaynaqlanan məqamlardır. Müasir dövrdə isə bu sahədə sivil, dünyəvi təhsil aparıcı rol oynayır. Müasir cəmiyyətdə tolerantlıq bir həyat tərzi olaraq, həm də bu cəmiyyətdə təmsil olunan insanların tərbiyəsi məsələsidir. Bunun üçün cəmiyyət savadlı olmalıdır, insana, insanlığa və bəşəri dəyərlərə hörmətlə yanaşmalıdır. Bu baxımdan Azərbaycan dünyada örnək dövlətlərdəndir”.
Deputat bildirib ki, 44 günlük Vətən müharibəsində Azərbaycanda yaşayan bütün xalqlar bir olub, yumruq kimi birləşərək sonda vahid Azərbaycan millətini formalaşdıraraq, “Qalib xalq” kimi tarixə düşdü və tarix yazdı:
“Düzgün multikulturalizm siyasəti olmadan cəmiyyət və dövlət inkişaf edə bilməz. Müxtəlif xalqların təmsil olunduğu dövlətlərdə artıq bu multikultural münasibətlərin qarşılıqlı əlaqəsi kimi özünü bürüzə verir. Bu gün Azərbaycan orada yaşayan bütün millət və xalqların vahid vətənidir. Bu, Azərbaycanda formalaşan yeni, azad, multikultural cəmiyyət modelinin nəticəsidir. Aparılan düzgün daxili siyasət, insani dəyərlərin qiymətləndirilməsi və önə çəkilməsində millətçilik meyllərinin olmaması, müxtəlif millətlərin nümayəndələrinin bərabər inkişafı tolerant, multikultural və çoxkonfessiyalı Azərbaycan modelini şərtləndirən əsas amillərdir. Azərbaycan Qarabağda yaşayan ermənilərə də bizim cəmiyyətə inteqrasiya olumağı təklif etdi. Son antiterror tədbirlərindən sonra da biz onlara vətəndaşlığı qəbul edib, digər xalqlar kimi hüquq və təhlükəsizlikləri təmin olunaraq birgəyaşayışı bir daha təklif etdik. Lakin ermənilər öz rəhbərlərinin sözü ilə və bir də ola bilsin ki, günahlarını anlayaraq, cinayət məsuliyyətlərini bilərək getməyi düzgün hesab etdilər. Biz dünyaya çoxkonfessiyalı yaşama modeli təqdim etdiyimiz halda, ermənilərin havadarları, başda Fransa olmaqla Avropa təəssüf ki, xristian təəssübkeşliyini nümayiş etdirdi. Əslində günah hansısa dini mənsubiyyətdə deyil. Problem multikultural dəyərlərdən imtina edən Qərb və Avropada sivil demokratik cəmiyyət pərdəsi altında gizlənən, yüksək postlar tutub böyük təşkilatları, dövlətləri və cəmiyyəti idarə edən insanlardadır. Amma unutmasınlar ki, tolarantlıq, multikulturalizm və çoxkonfessiyalıqdan imtina mütləq qarşıdurmaya, milli və dini münaqişələrə gətirib çıxaracaqdır”.
6.3.15. Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi;
Əfsanə Rəcəb
Bu yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin