Sertab Erener xəstəxanaya yerləşdirildi

16:27 - 25 Sentyabr 2021

Sertab Erener xəstəxanaya yerləşdirildi

Müğənni Sertab Erener xəstəxanaya yerləşdirilib.

 

Manset.az türk mediasına istinadən xəbər verir ki, ifaçının bağırsaqlarında problem yaranıb. Həkim nəzarətinə götürülən Erener müalicə alır.

Sertab səhhətinə görə bir neçə konsertini də təxirə salıb. Müğənni "Mənim üçün narahat olan hər kəsə təşəkkür edirəm. Xəstəxanada etibar ediləcək insanların nəzarətindəyəm, müalicə alıram. Biletləri bitən iki konsertimi təxirə saldım. Çox təəssüf edirəm" deyə, o, bildirib.


Xəbər xətti

24 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin