Xaçmazda qəza - 4 nəfər yaralandı

22:04 - 9 Oktyabr 2023

Xaçmazda qəza - 4 nəfər yaralandı

Xaçmaz rayonunun Nərəcan kəndi ərazisində "QAZ 3110" və "VAZ 21099" markalı minik avtomobillərinin toqquşması nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

 

Manset.az xəbər verir ki, qəza zamanı yaralanan Alim Novruzov, Gülyanə Novruzova, Hicran Qəmbərova və Canpolad Qəmbərov Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

18 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin