Ələt-Astara yolunda qəza - Xəsarət alanlar var

17:31 - 9 Oktyabr 2023

Ələt-Astara yolunda qəza - Xəsarət alanlar var

Ələt-Astara avtomobil yolunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

 

Manset.az xəbər verir ki, hadisə yolun Cəlilabad rayonundan keçən hissəsində qeydə alınıb.

Belə ki, minik avtomobilinin yolun kənarına aşması nəticəsində 3 nəfər xəsarət alıb. Onlar Masallı rayon sakinləri, 1974-cü il təvəllüdlü Aqşin Quliyev, 1961-ci il təvəllüdlü Aləmzər Quliyeva və Bakı şəhər sakini, 1996-cı il təvəllüdlü Səidə Canbolatdır.

Yaralılardan ikisinin vəziyyəti ağır qiymətləndirilir. Onlar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

18 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin