Siyəzəndə iki avtomobil toqquşdu - ölən var

12:18 - 9 Oktyabr 2023

Siyəzəndə iki avtomobil toqquşdu - ölən var

Bakı-Quba yolunun Siyəzən rayonundan keçən hissəsində iki avtomobil toqquşub, ölən var.

 

Manset.az Report-a istinadən xəbər verir ki, "VAZ-2106" markalı minik avtomobili "Opel" markalı minik avtomobili ilə toqquşub.

Hadisə nəticəsində 1959-cu il təvəllüdlü Əliyoldaş Həmid oğlu Quliyev hadisə yerində ölüb.

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şabran rayon şöbəsinə təhvil verilib.

Hadisənin təfərrüatı araşdırılır.


Xəbər xətti

18 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin