Xəzər TV-nin şef redaktoru vəzifəsindən istefa verdi - Biabırçı SƏBƏB

10:35 - 26 Sentyabr 2021

Xəzər TV-nin şef redaktoru vəzifəsindən istefa verdi - Biabırçı SƏBƏB

Xəzər Televiziyasının şef redaktoru vəzifəsindən ayrılıb.

Manset.az-ın əldə etdiyi məlumata görə, televiziyanın xəbərlər departamentinin şef redaktoru Aytac Carçıyeva vəzifəsindən istefa verərək ayrılıb. Onun hansı səbəbdən işdən çıxdığı bəlli deyil.

Lakin saytımıza özəl mənbənin verdiyi məlumata görə, televiziyanın xəbərlər dapartamentinin rəhbəri Əli Həsənovun yaxın adamı(onun oğlu Şamxal Həsənlinin televiziyaya rəhbərlik etdiyi vaxta xəbərlərə rəhbər gətirilib və Əli Həsənovun ən yaxın adamı hesab olunur. Onun indi də mediadakı işlərini həyata keçirir.) İnqilab Məmmədovun yarıtmaz fəaliyyəti xəbər əməkdaşlarını bezdirib, nəticədə əməkdaşlar işdən ayrılır.

Ümumiyyətlə, İnqilab Məmmədovun xəbər siyasətindən anlayışının olmaması, Vətən müharibəsi zamanı buraxdığı kobud səhvlər, hərbi xidmətdə olmayan əməkdaşların cəbhəyə ezam etməsi və televiziyanın xəbər xidmətinə İnqilab Məmmədovun rəhbərliyindən öncəki reytinqli xəbər buraxılışlarından heç nə qalmaması aydın görünür. 

Televiziyanın xəbər xidmətində ciddi reportajların olmaması, "xaltura" süjerləri insanlar arasında gülüş obyektinə çevrilib. Belə ki, Tik-Tok sosial şəbəkəsində Xəzərxəbəri rişxənd edərək  ("O hansı xəbərlərdi, toyuq 3 dənə yumurta doğdu, inəyin 3 dənə balası olub, Zaqatalada yolu keçən inəyi maşın vurub kimi süjetlərin getdiyi xəbər xidməti adlandırılır.") tənqid edirlər. Digər tərəfdən İnqilab Məmmədovun bir çox qurumları Əli Həsənovun dönəmində onun adından istifadə edərək xəbərlərə abunə etməsi kimi biabırçı faktlar var. Bunlarla yanaşı, onun özünə şəhərin müxtəlif yerlərində obyektlər, villalar tikdirdiyi deyilir.



Xəbər xətti

16 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin