Xırdalanda stadion yaxınlığında yanğın baş verdi - VİDEO

21:56 - 8 Oktyabr 2023

Xırdalanda stadion yaxınlığında yanğın baş verdi - VİDEO

Sosial şəbəkələrdə Abşeron rayonu Xırdalan şəhərində futbol stadionu yaxınlığındakı ərazinin yanması görüntüləri yayılıb.

 

Manset.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) faktı təsdiqləyib.

Qeyd olunub ki, FHN-in “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərində yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunublar.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində məişət tullantılarının toplandığı ağaclıq ərazidə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində 200 kvadratmetr sahədə məişət tullantıları və bir ağac yanıb.

Yanğın baş vermiş ərazidə digər ağaclar yanğından mühafizə olunub.


Xəbər xətti

18 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin