Koronavirusa yoluxan Səyyad Əlizadənin vəziyyəti yaxşılaşır

11:36 - 25 Sentyabr 2021

Koronavirusa yoluxan Səyyad Əlizadənin vəziyyəti yaxşılaşır

“Koronavirusa yoluxan müğənni Səyyad Əlizadənin vəziyyətində yaxşılaşma müşahidə edilir”.

Manşet.az xəbər verir ki, bunu  müğənninin qohumu Razim Qarayev məlumat verib. 

O bildirib ki, sənətçi Mərkəzi Gömrük Xəstəxanasına çox ağır vəziyyətdə köçürülmüşdü:

“Həkimlər hazırda vəziyyətinin yaxşılaşmağa doğru olduğunu deyir. 10 gün əvvəl Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxanadan buraya köçürülüb. Həmin gündən indiyədək vəziyyətində müsbətə doğru yaxşılaşma var. Müalicəsi davam edir”.

Qeyd edək ki, koronavirusa yoluxan Səyyad Əlizadə bir müddət əvvəl Mərkəzi Gömrük Hospitalına yerləşdirilib və EKMO cihazına qoşulub.

Oxu.az


Xəbər xətti

27 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin