Onlar da yüksək vəzifələrə TƏYİN EDİLDİ

16:15 - 7 Oktyabr 2023

Onlar da yüksək vəzifələrə TƏYİN EDİLDİ

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə direktor müavinləri təyin edilib.

 

Manset.az xəbər verir ki, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev müvafiq əmrlər imzalayıb.

Belə ki, Nazirliyin Aparat rəhbərinin müavini Nərminə Hüseynova, Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdir müavini Orxan Abbasov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə direktor müavinləri təyin olunublar.

Mehriban Vəliyevaya həmçinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsi həvalə olunub.



Xəbər xətti

24 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin