Ərdoğanla eyni təyyarədə olan azərbaycanlı kimdir? - FOTOLAR
14 Noyabr 2024
23:33 - 24 Sentyabr 2021
"Taliban"ın Əfqanıstanda edamları və bədənə xəsarət yetirməyi cəza olaraq yenidən bərpasını qınayırıq".
Manset.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays deyib.
"Bu cür hərəkətlər insan hüquqlarının kobud şəkildə pozulması deməkdir və bu cür pozuntulara görə məsuliyyət daşıyanlar qanun qarşısında cavab verməlidirlər", - Prays qeyd edib.
Bundan əvvəl "Taliban" nümayəndələrindən olan Molla Nuruddin Turabi Əfqanıstanda oğurluğa görə cəza olaraq əzaların kəsilməsini bərpa etmək niyyətində olduqlarını bildirib.
Qeyd edək ki, Turabi əvvəlki "Taliban" hakimiyyəti dövründə (1996-2001) ədliyyə naziri kimi çalışıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin