“Barselona”nın baş məşqçisinə iki oyunluq cəza

22:37 - 24 Sentyabr 2021

“Barselona”nın baş məşqçisinə iki oyunluq cəza

"Barselona"nın baş məşqçisi Ronald Kuman iki oyunluq cəzalandırılıb.

Manşet.az "Marca"ya istinadən xəbər verir ki, buna niderlandlı mütəxəssisin La Liqanın 6-cı turunda "Kadiz"lə matçın (0:0) sonunda qırmızı vərəqə alması səbəb olub. Kuman  hakimin işindən narazılığını bildirdiyi üçün qırmızı vərəqə görüb.

Beləliklə, baş məşqçi "Levante" və "Atletiko"ya qarşı matçları ehtiyat oyunçular skamyasından idarə edə bilməyəcək. Kluba və məşqçinin özünə də cərimə tətbiq edilib.

 


Xəbər xətti

27 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin