Xırdalanda yaşayış binasında yanğın - Sakinlər təxliyə edildi (VİDEO)
3 Dekabr 2024
16:57 - 29 Sentyabr 2023
Azərbaycanda gender, ailə və demoqrafiya məsələlərinin təmin olunması istiqamətində mühüm addımlar atılır. Ölkəmiz demokratik inkişaf yolu seçdiyinə görə cəmiyyətdə qadınların rolunun vacibliyinin önə çəkilməsi, qadınların sosial və siyasi həyata inteqrasiya etməsi bu prosesin əsas tərkib hissələrindən biridir. Azərbaycanda ailə dövlət səviyyəsində qəbul olunmuş qanunlar əsasında qorunur. İnsanın kamilləşməsində və onun şəxsiyyətə çevrilməsində ailənin rolu bu gün də öz əhəmiyyətini itirməyib. Dövlət əhali arasında hüquqi maarifləndirmə işini təmin etmək üçün müxtəlif qurumların fəaliyyətini gücləndirir. Gender bərabərliyi ölkə konstitusiyası və qanunvericiliyi ilə təmin edilir.
Mövzu ilə bağlı “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova Manset.az-a açıqlamasında bildirib ki, Azərbaycan mətbuatında gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması kifayət qədər qaneedici deyil.
Mehriban Zeynalovanın sözlərinə görə əksər vaxt genderə həssas məlumatlar çap edilmir və işıqlandırılmır.
“Mətbuatında işıqlandırılan əksər məlumatlar diskriminasiya və ayrı-seçkilik yaradır. Məsələn bu yaxınlarda metroda işləyən qadının işdən çıxarılması xüsusi təmtəraqla bütün saytlarda paylaşıldı. Amma BMT-də mükafat alan qadının məlumatına o qədər üstünlük vermədilər. Bu, qadına yönəlik mənəvi təzyiqdir. Yəni daha çox bacarıqsız, işi yarıtmayan bir fikir formalaşdırdı. O cümlədən mətbuatda ailə münasibətlərində daha çox qadının ittiham edilməsi və qadına yönəlikli ayrı-seçkiliyi göstərən başlıqlı xəbərlərin verilməsini buna misal çəkə bilərik. Həmçinin, qadınların təhsildən yayınması və yaxud erkən ərə verilməsi də problemi hələ də görülməkdədir”.
Mehriban Zeynalova qeyd edib ki, mətbuatın əksər vaxt gender və ailə mövzularına həssas münasibət sərgiləməməsi demoqrafiya məsələlərinə də mütləq şəkildə təsir göstərir:
“Mətbuat əksər hallarda bu məsələlərə həssas münasibət sərgiləmir. Bu isə demoqrafiyaya öz təsirini mütləq şəkildə göstərir. Bu sahədə irəliləyiş əldə etmək üçün bizim “Qadın Gündəliyi” platforması var. Bununla bağlı Mətbuat Şurası və Media Agentliyi ilə görüşlərimiz olacaq. Belə yazılar olduqca onları səlahiyyətli orqanlara göndərəcəyik. Bəzilərinə cərimələr və bəzilərinə xəbərdarlıq edilməklə bunların aradan qaldırılmasına nail olacağıq. Həmçinin, fikrimiz var ki, qadınlara qarşı zorakılığın qarşısının alınması ilə bağlı tədbirlərdə 16 günlük kampaniya çərçivəsində məhz bu mövzuları qabardaq və bunları daha aktual məsələ kimi gündəmə gətirək. O, cümlədən il boyu bu fəaliyyət istiqamətində işlərin aparılması nəzərdə tutulub”.
6.3.18. Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması;
Əfsanə Rəcəb
Bu yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin