<

104 yaşlı qadın 100 metr hündürlükdən paraşütlə tullandı - Ginnesin Rekordlar Kitabına düşdü (FOTO)

18:51 - 3 Oktyabr 2023

104 yaşlı qadın 100 metr hündürlükdən paraşütlə tullandı - Ginnesin Rekordlar Kitabına düşdü (FOTO)

ABŞ-ın "küləkli şəhəri" kimi tanınan Çikaqolu 104 yaşlı qadın Doroti Hoffner 4 min 100 metrdən paraşütlə tullanaraq Ginnesin Rekordlar Kitabına düşüb.

 

Bu barədə Manset.az xarici KİV-ə istinadən xəbər verir.

Paraşütlə tullanan ən yaşlı qadın kimi adını rekordlar kitabına yazdıran Hoffner hazırlıq sahəsinə gəzinti aparatıyla gəlib.

Çikaqo Tribun qəzetinin məlumatına görə, o, yerə enəndən dərhal sonra "Yaş sadəcə bir rəqəmdir" deyib.

Sentyabrın əvvəlinə planlaşdırılan tullanma pis hava şəraiti səbəbindən üç dəfə təxirə salınıb.

Jalə

Manşet.az



Xəbər xətti

10 Dekabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin