<

İbrahimoviç Qvardiolanın hansı tələbini yerinə yetirməyib? - Özü dedi

18:42 - 3 Oktyabr 2023

İbrahimoviç Qvardiolanın hansı tələbini yerinə yetirməyib? - Özü dedi

Bu yay peşəkar futbolçu karyerasını bitirən 42 yaşlı Zlatan İbrahimoviç "Barselona"da oynadığı dönəmdə komandanın baş məşqçisi olmuş Xosep Qvardiolanın tələbinə əməl etmədiyini açıqlayıb.

 

Manset.az xəbər verir ki, "Sportface" İsveç millisinin sabiq forvardının dediklərini belə çatdırıb:

"İlk görüşümüz zamanı Pep mənə dedi: "Unutma, burada futbolçular "Ferrari" sürmürlər. Mən isə klubun bazasında lənətə gəlmiş "Ferrari"mlə peyda oldum".

Qeyd edək ki, İbrahimoviç "Barselona"ya 2009-cu ilin yayında "İnter"dən keçmişdi. Kataloniya təmsilçisində 2 il oynayan ucaboy forvard ardından "Milan"a yollanmışdı. 


Xəbər xətti

2 Dekabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin