<

NASA 42 cüt planet aşkarladı

18:14 - 3 Oktyabr 2023

NASA 42 cüt planet aşkarladı

ABŞ Aeronavtika və Kosmik Agentliyinin (NASA) Ceyms Uebb Kosmik Teleskopu (JWST) Orion dumanlığında 42 cüt planet  aşkar edib.


Manset.az TRT Haber-ə istinadən xəbər verir ki, ESA və Avropa Kosmik Tədqiqatlar və Texnologiyalar Mərkəzinin (ESTEC) birgə apardığı araşdırma nəticəsində JWST tərəfindən kəşf edilən planetlərin kosmosda cüt-cüt olaraq sərbəst şəkildə üzdüyü və ulduz sisteminə bağlı olmadığı müşahidə edilib.

Sözügedən 42 planet cütü Yupiter ölçüsündə olduqları üçün "Yupiter Kütləvi İkili Obyekt (JuMBO)" adlandırıldı.

JuMBO-ların kütlələri 13 Yupiter ilə 0,7 Yupiter arasında dəyişsə də, cütlərin cəmi 40 faizinin kütlələrinin bir-birinə bənzədiyi deyilir.

Araşdırmada JuMBO-ların kosmosda cüt-cüt varlığının gözlənilməz olduğu bildirilmiş, onların ulduzlar və planetlər haqqında mövcud olan bütün nəzəriyyələrə “əks” olduğu qeyd olunub.

Mütəxəssislər hesab edirlər ki, bu obyektlər dumanlığın elə bir maddə sıxlığına malik bölgələrində əmələ gəlib ki, ulduz əmələ gələ bilməz.

Başqa bir proqnoza görə, JuMBO-ların ulduzlar ətrafında formalaşdıqdan sonra müxtəlif səbəblərdən ulduzlararası kosmosa itələnən cüt cisimlərin necə bir yerdə qala biləcəyi məlum deyil.

Araşdırma "aeXiv" arxivində dərc olunub.

Jalə

Manşet.az


Xəbər xətti

10 Dekabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin