<

Universitetin qarşısında 20 yaşlı qızı maşın vurub

17:44 - 3 Oktyabr 2023

Universitetin qarşısında 20 yaşlı qızı maşın vurub

Naxçıvan şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Manset.az Apa-ya istinadən xəbər verir ki, hadisə şəhərin Babək məhəlləsində, “Naxçıvan” Universitetinin qarşısında qeydə alınıb.

Tapdıq İsa oğlu Həydərzadənin idarə etdiyi 75-BL-174 dövlət nömrə nişanlı “Chevrolet” markalı avtomobil yolu keçən Şahbuz rayon Keçili kənd sakini 2003-cü il təvəllüdlü Səlfinaz Sabir qızı Babayevanı vurub. Hadisə nəticəsində ciddi xəsarət alan 20 yaşlı qız təcili olaraq Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

2 Dekabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin