<

Mişel erməni əhalinin Qarabağı tərk etməsini etnik təmizləmə adlandırmayıb

15:50 - 3 Oktyabr 2023

Mişel erməni əhalinin Qarabağı tərk etməsini etnik təmizləmə adlandırmayıb

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel erməni əhalinin Qarabağı tərk etməsini etnik təmizləmə cəhdi kimi qələmə verməkdən çəkinib.

 

Manset.az xəbər verir ki, o bu barədə “Euronews”a müsahibəsində danışıb.

Mişel bu həftə sonu İspaniyanın Qranada şəhərində keçiriləcək Aİ Sammiti zamanı Ermənistan və Azərbaycan arasında vasitəçilik təklif etmək niyyətində olduğunu qeyd edib: “İndi Azərbaycan beynəlxalq ictimaiyyəti vəziyyətin monitorinqinə cəlb etməlidir. Azərbaycan bütün əhalinin, o cümlədən erməni əhalisinin hüquqları və təhlükəsizliyinin qorunmasına məsuliyyət daşıyır”.

O, eyni zamanda Azərbaycanın Aİ-nin tərəfdaşı olduğunu da vurğulayıb.


Xəbər xətti

9 Dekabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin