<

İlham Əliyev mühüm SƏRƏNCAM imzaladı

15:32 - 3 Oktyabr 2023

İlham Əliyev mühüm SƏRƏNCAM imzaladı

Prezident İlham Əliyev İmişli rayonunun Ağsu-Kürdəmir-Bəhrəmtəpə (71 km)-Məmmədli-Ağamalılar-Əlyetməzli-Allahmədətli-Telişli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

 

Manset.az xəbər verir ki, Sərəncama əsasən, doqquz min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Ağsu-Kürdəmi-Bəhrəmtəpə (71 km)-Məmmədli-Ağamalılar-Əlyetməzli-Allahmədətli-Telişli avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.6-cı yarımbəndinə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 15,8 milyon (on beş milyon səkkiz yüz min) manat ayrılıb.


Xəbər xətti

4 Dekabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin