<

Alimlər siqareti tərgitməyin ən təsirli üç yolunu açıqladı

15:14 - 3 Oktyabr 2023

Alimlər siqareti tərgitməyin ən təsirli üç yolunu açıqladı

Siqareti buraxma üsullarının yeni hərtərəfli araşdırılması bu vərdişdən qurtulmağın ən təsirli 3 yolunu müəyyən edib.   

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, Oksford Universitetinin ictimai səhiyyə alimi Jamie Hartmann-Boyce və həmkarları ən azı 6 ay ərzində 319 araşdırmanı nəzərdən keçiriblər. Bu işlərdə cəmi 157 min 179 adam izlənilib.

Siqaretdə asılılıq yaradan əsas tərkib hissəsi olan nikotin ən çox istifadə edilən maddələrdən biridir.

Məlumatlar göstərir ki, kömək olmadan 100 nəfərdən yalnız 6-sı siqareti uğurla buraxmaq şansına malikdir.

Araşdırma nəticəsində məlum olub ki, vareniklin və siticin kimi köməkçi vasitələr, həmçinin nikotinli elektron siqaretlər siqareti buraxmaq üçün ən təsirli üç üsuldur.

Vareniklin və sitozin beyindəki nikotin reseptorlarını aktivləşdirir, nikotin tərəfindən aktivləşdirildikdə dopamin ifraz edir. Nikotinin onları aktivləşdirməsinin qarşısını alaraq da işləyir.

Araşdırma nəticəsində məlum olub ki, iki dərmanın effektivliyi demək olar ki, eynidir. Tapıntılara görə, bu üsullarla siqareti buraxmağa çalışan insanların təxminən yüzdə 14-ü 6 ay və ya daha çox müddətdə müvəffəqiyyət qazanır.

Digər ən təsirli strategiya nikotinli elektron siqaretlərdir. Bunların 100 nəfərdən təxminən 14-nə uzun müddət ərzində siqareti tərgitməyə kömək etdiyi müəyyən edilmişdir.

Digər tərəfdən bir çox mütəxəssis elektron siqaretlərin tərkibində ağciyər xəstəliklərinə səbəb olan diasetil, nikel, qalay və qurğuşun kimi zərərli maddələrin olduğunu vurğulayır.

Bildirilib ki, nikotinin tədricən azaldılması qəfil dayandırmaqdan bir qədər daha təsirli ola bilər.

Aygün

Manşet.az


Xəbər xətti

9 Dekabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin