Məşhur milyarder İlon Mask Twitter-in adını X olaraq dəyişdirdikdən sonra başqa bir ABŞ şirkəti tərəfindən məhkəməyə verilib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Florida federal məhkəməsində bazar ertəsi X Sosial Media adlanan şirkət Maskın iyul ayında Twitter-in adını dəyişməsinin onun ticarət nişanı hüquqlarını pozduğunu iddia edib.
Reklam agentliyi bildirib ki, Facebook reklamına 400 milyon dollardan çox sərmayə qoyub. Twitter-in müştəriləri çaşdıran adını dəyişməsi gəlir itkisi ilə nəticələnib.
X Sosial Media adlanan şirkət Maskın addan istifadəsinə qadağa qoyulmasını və təzminat tələb edib. X və ya X Sosial Mediadan heç bir açıqlama verilməyib. Maskın şirkəti yüzlərlə ticarət markası adında görünən "X" hərfi ilə bağlı çoxsaylı ticarət nişanı mübahisələri ilə üzləşə bilər.
Aygün
Manşet.az