<

10 yaşlı uşağa qarşı əxlaqsız hərəkətlər edən şəxs SAXLANILDI

14:47 - 3 Oktyabr 2023

10 yaşlı uşağa qarşı əxlaqsız hərəkətlər edən şəxs SAXLANILDI

Xətai rayonu ərazisində 10 yaşlı uşağa qarşı əxlaqsız hərəkətlər edilməsilə bağlı polisə müraciət daxil olub. 


DİN mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev Manset.az-a bildirib ki, polis əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən 65 yaşlı şəxs saxlanılıb.

O, izahatında azyaşlının idman qurğusu olan turnikdən asılı vəziyyətdə olduğunu görüb və onun oradan yalnız düşməsinə kömək etdiyini bildirib. Uşağın valideyni övladına qarşı heç bir fiziki zor və əxlaqsız hərəkətlər edilmədiyindən ilkin verdiyi ərizə ilə bağlı şikayət və tələbinin olmadığını bildirib.

Faktla bağlı hazırda araşdırmalar davam etdirilir.


Xəbər xətti

4 Dekabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin