Məşhur futbolçu Mauro İkardinin həyat yoldaşı Wanda Nara Türkiyəyə gələn bacısı Zaira Naranı Ayasofya məscidini ziyarət etməyə aparıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, fenomen o anları İnstaqramda 16,8 milyon izləyicisi ilə paylaşıb. Bacılar başlarını örtərək məscidi gəzib və bol-bol fotolar çəkdiriblər. Wanda Naranın Ayasofya ziyarətindən paylaşdığı fotolara çoxlu bəyənmə və şərhlər gəlib.
İzləyicilər “Wanda Nara tezliklə müsəlman olacaq”, “Yengəm Türkiyəni tanıdır” kimi şərhlər yazıb.
Aygün
Manşet.az