Prezident Ərdoğana başsağlığı verdi
5 Fevral 2025
13:39 - 3 Oktyabr 2023
Rusiyanın Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomaz Ukrayna ilə sərhəddə yaxınlığında yerləşən Klimovo kəndinə kaset bombası ilə hücum nəticəsində evlərin zərər gördüyünü açıqlayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Boqomaz hücumda can itkisi olmadığını, lakin çoxlu sayda evə ziyan dəydiyini bildirib. Təcili yardım xidmətlərinin hadisə yerində araşdırmalarının davam etdiyi qeyd edilib.
Ukraynadan məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.
Qeyd edək ki, kasset bombaları geniş ərazi təsirinə malik olduğu və mülki əhali üçün təhlükə yaratdığı səbəbilə 100-dən çox ölkə tərəfindən qadağan edilib. ABŞ bir çox ölkədə istifadəsi qadağan edilən kaset bombalarını Ukraynaya göndərib. Ukrayna isə Rusiyaya qarşı kaset bombalarından istifadə edəcəyini bildirib.
Aygün
Manşet.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin