Emil Hüseynli xarici mətbuatda erməni uydurmalarını İFŞA ETDİ – “Yalanlarını dünyaya sırımağa çalışırlar”

13:14 - 3 Oktyabr 2023

Emil Hüseynli xarici mətbuatda erməni uydurmalarını İFŞA ETDİ – “Yalanlarını dünyaya sırımağa çalışırlar”

Ukraynanın “Kyiv Diplomatic” nəşrində AZƏRTAC-ın Ukrayna, Belarus və Moldova üzrə xüsusi müxbiri Emil Hüseynlinin Azərbaycanın Qarabağ bölgəsində apardığı reinteqrasiya prosesinə Ermənistanın qərəzli mövqeyinə dair məqaləsi dərc olunub. 

Manset.az Bizim.Media-ya istinadən xəbər verir ki, “Azərbaycan yenə sülh əlini uzadıb” başlıqlı məqalədə Ermənistanın Qarabağ bölgəsində baş verənləri imitasiya edərək dünya birliyinə sırımağa cəhdindən bəhs edilib.


Emil Hüseynli qeyd edib ki, Ermənistan bir əsrdən çoxdur, Azərbaycana qarşı qərəzli, yalan siyasət aparıb:  

“Bu gün də Qarabağ bölgəsində baş verənləri imitasiya edərək dünya birliyinə sırımağa cəhd edir. Bu, özünü daha çox Qarabağ bölgəsindən könüllü gedən erməni “qaçqın”larla bağlı qaldıqdıqları səs-küydür. 30 il əvvəl müharibəni ermənilər başladı və Azərbaycan torpaqlarını işğal etdi. 1990-cı illərdə erməni separatçılar xalqımıza qarşı böyük vəhşiliklər törədiblər.

Soydaşlarımız xüsusi amansızlıq və işgəncələrlə qətlə yetirilib, soyqırımına məruz qalıblar. Onlar öz vətənində məcburi köçkünə çevriliblər. Ancaq indi vəziyyət necədir? Tam fərqli”.  

Jurnalist məqaləsində vurğulayıb ki, Azərbaycan heç kimin torpağına göz dikməyib:  

“Əgər hazırda Ermənistanın iddia etdiyi kimi “qaçqın” varsa, bu, problem deyil, onlar Qarabağda qalıb, yaşaya bilərlər. Bu gün Qarabağı könüllü tərk edərək, Ermənistana gedən erməni əsilli şəxslərin Azərbaycanın humanistliyi sayəsində Laçın sərhəd-buraxılış məntəqəsindən sərbəst keçidi üçün şərait yaradılır. Onlara qarşı heç bir zorakılıq edilmir. Azərbaycan Qarabağ ermənilərinin reinteqrasiyasını istədiyini bəyan edib, oradakı sakinlərə ərzaq və tibbi yardım göstərir”. 

Müəllif qeyd edib ki, Azərbaycan çoxmillətli ölkədir, əsrlər boyu çoxmillətli, çoxdinli, çoxkonfessiyalı cəmiyyəti olub: 

“Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bəyan edib ki, ölkəmiz Cənubi Qafqazda sülhün bərqərar olmasında maraqlıdır və açıq dialoqa hazırdı. Azərbaycan bu gün regionda birgə əməkdaşlığın, mənfəət götürülməsi, qarşılıqlı faydanın həyata keçirilməsini istəyir. 

Necə ola bilər ki, Azərbaycanda digər etnik xalqlar normal, sivil yaşamağı bacarır, tək ermənilər bunu bacarmır? Demək ki, separatçılıqla məşğul olurlar, Azərbaycanın konstitusion hüququna qarşı çıxırlar.

Ermənistan və onun xaricdəki havadarları yalan çıxışlardan qurtulmağı düşünməlidirlər. Səhv və əsassız iddialar yaymaqla Ermənistan dünya ictimaiyyətinə qeyri-sağlam ideyalar aşılamaqdan əl çəkməlidir. 

Yerli ermənilərin reinteqrasiyası Azərbaycan dövlətinin prioritet mövzusuna çevrilib. Azərbaycan yenə sülh əlini uzadıb və buna davam edəcək. Azərbaycan vətəndaşı olan ermənilər digər etnik xalqlar kimi bütün imtiyazlara, Azərbaycan Konstitusiyası ilə təsbit olunmuş hüquqlara sahib olacaqlar”. 


Xəbər xətti

21 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin